“Tərləyirdim, pullar belimə yapışırdı”


Şou-biznes 25 Yan 2020 15:08:00 158 0

“Tərləyirdim, pullar belimə yapışırdı”

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı müğənni Ramal İsrafilov olub. Son.az bildirir ki, müğənni canlı efirdə maraqlı açıqlama verib: "Atamla toylara bərabər gedirdik. 8 yaşım var idi, sintezator çalırdım. Sevilən ara mahnılarını toylarda ifa edirdim. Mən toya getməyəndə atam da getmirdi. Deyirdi ki, o getmirsə, mən də getmirdim. Mamam deyirdi ki, ona dəymə. O vaxt toya 50 şirvana gedirdilər, mən isə 80 şirvanla gəlirdim. 30 şirvanı gizlədib, 30-nu da verirdim ki, olanı qalanı budur. Özümə o qədər şabaş basırdılar ki... Bütün şabaşları axırda evə gəlib tökürdüm yerə. O qədər oxuyub-oynayırdım ki, tərləyirdim, hərdən belimə də yapışırdı. Bir də görürdün ki, mamam deyir dayan-dayan bir onluq qalıb onu da çıxarım".