İki “Toyota”nın toqquşduğu ağır yol qəzasının


Dünya 25 Yan 2020 14:35:00 160 0

İki “Toyota”nın toqquşduğu ağır yol qəzasının

Rusiyanın Tomsk əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri videoregistrator tərəfindən görüntülənib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident yanvarın 17-də Krivoşeinsk rayonunda baş versə də, video bu gün yayımlanıb.

Qəza törədən 73 yaşlı sürücünün idarə etdiyi "Toyota Carina" markalı minik avtomobilinin təhlükəsizlik kamerasına düşən kadrlarda, "Carina"nın hərəkətdə olduğu və qəfildən idarəetmədən çıxaraq əks zolaqdan gələn "Toyota Corona" ilə toqquşduğu görülür.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücülər isə xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.