Xidmət rəhbəri: “Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin tikintisi gündəmdədir”


İqtisadiyyat 25 Yan 2020 13:27:42 126 0

Xidmət rəhbəri: “Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin tikintisi gündəmdədir”

Gürcüstan-Azərbaycan sərhədində əmtəə və yüklərin hərəkəti asanlaşacaq

“Gürcüstan-Azərbaycan sərhədindəyeni keçid məntəqəsinin inşası gündəmdədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava bildirib.

O, mövcud gömrük infrastrukturunun bərpa etdirilməsi və modernləşdirilməsi ilə bağlı planların da olduğunu deyib.

L.Kakavanın sözlərinə görə, dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verir.