Meksikada naməlum şəxslər otelə hücum etdilər:


Dünya 25 Yan 2020 12:51:00 130 0

Meksikada naməlum şəxslər otelə hücum etdilər:

Meksikada naməlum şəxslərin otelə hücumu nəticəsində 9 nəfər öldürülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Meksikanın Quanaxuato ştatında yerləşən "San Fernando" otelində baş verib. 

Yerli mətbuatın verdiyi xəbərə görə, silahlı şəxslər avtomobilə minərək hadisə yerindən qaçıblar. 

Hadisə ilə bağlı araşdırma başladılıb.