Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi VİDEO


Dünya 25 Yan 2020 12:12:00 140 0

Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi  VİDEO

Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələ nəticəsində çökən dördmərtəbəli binanın altından 12 yaşlı uşaq xilas edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.

Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib. 

Xatırladaq ki, Elazığda baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində 20 nəfər vəfat edib, 1015 nəfər xəsarət alıb.