Qubada turist qarlı yolda qaldı FOTO


Digərləri 25 Yan 2020 12:07:00 228 0

Qubada turist qarlı yolda qaldı  FOTO

Gözəl təbiəti olan Quba rayonu hər zaman turistləri özünə cəlb edir. Qışın gözəlliyi olan qarın yağması isə gələn qonaqların sayının artmasına səbəb olur.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları isə gələn qonaqların çox olması ilə əlaqədar ərazidə operativ xidmət təşkil edir, turistlərin qarşılaşacağı hər hansı bir çətinlik və ya problemlər olduqda öz köməkliklərini göstərirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, təqdim olunan fotoda Azərbaycana qonaq gəlmiş əcnəbi vətəndaş Qubanın Qəçrəş meşəsi ərazisində hərəkət edən zaman nəqliyyat vasitəsinin şinlərindən biri deşilib və qarlı havada yolda köməksiz qalıb.

Ərazidə xidmət aparan Quba RPŞ-nin PPXB-nün əməkdaşları isə yaşlı turistə məxsus nəqliyyat vasitəsinin şinini dəyişərək ona köməklik göstəriblər.