"O burnunu çıxart soxduğun yerdən"


Şou-biznes 25 Yan 2020 11:34:00 173 0

"O burnunu çıxart soxduğun yerdən"

Tarix Əliyev (Tolik) efirdə sərt açıqlamaları ilə verilişə damğa vurub.

Son.az xəbər verir ki, Tolik aparıcılığını etdiyi verilişdə adını açıqlamadığı məşhura ittihamlar səsləndirib.

Aparıcı həmən şəxsi müğənni Eltonla arasına girməkdə ittiham edib:

"Mən buradan ona demək istəyirəm ki, mənim müğənnimdən əl çək. Mənim müğənnimin həndəvərində dolanma. Öz işinlə məşğul ol. Yoxsa, mən kimlərlə ki bu vaxtacan dava etmisən ha, mən onlardan çox fərqli insanam. Mənim bu həyatda itirəcəyim heç nə yoxdur. Sənin itirəcəyin nələrsə varsa, mən sənə demək istəyirəm ki, ağıllı ol. O yekə burnunu əməliyyat elədin balacalaşdırdın, getdin piylərini yığdırdın. İndi səni adam yerinə sayıb bir dənə efir veriblər. Amma mənim müğənnimdən gözünü çək. Elə eləmə ki, çıxım sənin evdəkilərinin qabağına, onlara xoşa gəlməyən bir söz deyim. Ağıllı olmazsan payını alarsan. Ona görə də ağıllı ol. Bir də mənim müğənnimin ətrafında dolanma. Müğənnimlə bütün arzuların inşəAllah ürəyində qalsın. 

3 dəfə əməliyyat elədiyin burnunu çox yerlərə soxursan. O burnunu çıxart soxduğun yerdən. Yoxsa, "padruqa"ların var e, tərifləyirlər səni yalandan, onlar sənə kömək ola bilməyəcəklər, zırpı burun xala. 

Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan".

Son.az Toliklə əlaqə saxlayaraq efirdən bu söylədiklərinin Nazilə Səfərliyə aid olub-olmadığını soruşsa da, prodüser-aparıcı suala "Kimi istəyirsiniz düşünün" cavabını verib.

Xatırladaq ki, prodüser Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli arasında aylar öncə qalmaqal yaşanıb. Buna səbəb Tolikin şairəyə sosial şəbəkədə yazdığı şərh olub. Belə ki, Nazilə müğənni Xatirə İslamın qardaşının toyunda Xalq artisti Röya Ayxanla rəqs edərkən çəkilən videosunu yayımlayıb. Prodüser isə ona "Röya ilə oynayanda, necə sevinirsən" şərhini yazıb.