Uşaqlara meyl salan müğənni həbs olundu FOTO


Dünya 25 Yan 2020 11:06:00 161 0

Uşaqlara meyl salan müğənni həbs olundu  FOTO

Britaniyanın ITV kanalında yayımlanan "X Factor"u müsabiqəsində şöhrət qazanan ifaçı Daniel Ross Tetley həbs olunub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 2018-ci ildə sözügedən müsabiqədə iştirakından sonra məşhurlaşan Daniel məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, azyaşlı oğlanları cinsi istismar etdiyinə görə hakim qarşısına çıxarılıb. Pul qarşılığında 14, 15 yaşlı oğlanların çılpaq şəkillərini alan, onlara əxlaqsız mesajlar yazan Daniel azadlığa çıxdıqdan sonra bir neçə il də nəzarət altında olacaq.