Ötən il Azərbaycanda neft emalı artıb


İqtisadiyyat 25 Yan 2020 10:16:40 162 0

Ötən il Azərbaycanda neft emalı artıb

​Ötən il Azərbaycanda neft emalı artıb

2019-cu il ərzində Azərbaycanda 6,192 mln. ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Neftin emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 min ton çox olub.

Qeyd edək ki, neftSOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda emal olunur. Bu zavodregionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.