Samsungun yeni Galaxy A seriyası A seriyası hələ belə olmamışdı!


Digərləri 25 Yan 2020 10:00:00 146 0

Samsungun yeni Galaxy A seriyası  A seriyası hələ belə olmamışdı!

2019-cu ilin dekabr ayında Samsung hər kəsə Yeni il qabağı qeyri-adi sürpriz etmək qərarına gələrək, tamamilə yeni Galaxy A məhsul xəttini təqdim etdi. Model sırası 3 cihaz ilə təmsil edilərək, Galaxy A01, Galaxy A51, Galaxy A71 smartfonlarından ibarətdir.  Təəccüblü deyil ki, məhsul xəttinin adında model sırasına xas olmayan "bir" rəqəmindən istifadə olunmuşdur, belə ki, yeni Galaxy A seriyası tam fərqli və müstəqil süjetə sahibdir. İlk növbədə smartfolar korpuslarının "dördbucaq" forması ilə gözə çarparaq, öncəki modellərin  yuvarlaq formalarından fərqlənir. Həmçinin, qeyd edilən məhsul xəttində istehsalçı Infinity "U" displeyindən imtina edərək, buna misal olaraq  Galaxy A51 və Galaxy A71 modellərində "sərhədsiz" Infinity "O", Galaxy A01-də isə  Infinity "V" ekranından istifadə etmişdir. Hər üç smartfon parlaq və rəngarəng, həmçinin olduqca yüngül plastik korpusla təchiz olunmuşdur. Əgər burada Galaxy A51 və Galaxy A71 səthi işıq şüaları altında əlvan rənglər ilə bərq vuran əyləncəli həndəsi naxışlarla fərqlənirsə, öz növbəsində Galaxy A01-nin korpusunun arxa hissəsi ultramodern mat və hamar monoliti ifadə edir.

Qeyd edər ki, məhsul xətti çərçivəsində istehsalçı tərəfindən edilmiş cihaz bölgüsü də olduqca maraqlıdır. Belə ki,  burada Galaxy A51 və Galaxy A71 modelləri demək olar ki, eyni dizayn və funksiyalara malik olub, bir növ "böyük" və "kiçik" qardaşları xatırladırsa,  öz növbəsində Galaxy A01-i bu seriyaya aid etmək bir o qədər çətindir. Şirkət üçün olduqca xarakterik olmayan bu seçim sayəsində Samsung həm müasir texnologiyaları qiymətləndirən, həm də adi və sadə içliyə sahib olan mobil cihazları istifadə etməyə üstünlük verən alıcılarını sevindirə bildi.

Yuxarıda qeyd edildiyi kimi, Galaxy A51 və Galaxy A71, müvafiq olaraq 6.5" və 6.7" ölçülü Full HD + "sərhədsiz" Infinity "O" ekranı ilə təchiz edilmişdir. Hər iki displeydə Super AMOLED texnologiyası təmsil olunmuşdur, lakin Galaxy A71 smartfonunda "Plus" əlavəsi ilə fərqləndirilən bir qədər təkmilləşdirilmiş matrisa istifadə edilmişdir. İncə çərçivələr ilə haşiyəyə alınan və 2340 x 1080 piksel ölçüyə malik olan ekran üzərində, 32 MP kamera üçün nəzərdə tutulmuş yeganə "dairə" şəkilli oyuq mövcuddur ki, displeyin adı da bununla əlaqələndirilir.  Həmçinin, optik daktiloskopik skanerdə burada, birbaşa ekranın altında yerləşdirilmişdir ki, yeni skanerin yeri bir qədər displeyin orta hissəsinə keçirilərək daha rahat istifadəsi təmin edilmişdir.

Yeni smartfon xəttinin kameraları cihazların ən maraqlı hissələrindən biridir. Belə ki, korpusun arxa hissəsində düzbucaq formalı səliqəli modulun üzərində dörd obyektivli kamera yerləşdirilimişdir.  Həmçinin, burada kameraların "L" şəkilli düzülüşü flaş ilə tamamlanmışdır.  Galaxy A51 və Galaxy A71 modellərində istifadə olunan kamera dəsti demək olar ki eyni olub,  yalnız əsas modulun göstəricisi ilə fərqlənir, belə ki, Galaxy A51 modelində bu 48 MP, Galaxy A71-də isə  64 MP icazəyə malik obyektivdir. İkinci kamera isə geniş formatlı fotoşəkillər yaratmaq üçün nəzərdə tutulmuş, 123 ° bucaqlı ultra geniş matrisa ilə təmsil olunmuşdur. Kameranın intellektual bacarıqları sayəsində, o kadrda qeyd edilən səhnəyə uyğun olan ən optimal rejimi seçməyə kömək edə və ya sözü  gedən rejimi avtomatik aktivləşdirə bilər.  Əlavə iki 5 MP obyektiv isə dərinlik sensoru və makro kamera ilə təmsil edilmişdir.  Burada birinci kamera arxa fonun yayılmasını tənzimləyə kömək edərək peşəkar portretlərin yaradılmasına, ikincisi isə təsvirdə ən xırda detalların belə nəzərə alınmasını təmin etməyə kömək edir.

Həmçinin smartfonlar hərəkət zamanı daha aydın videoların əldə edilməsi üçün Super Steady Video funksiyası ilə təchiz olunmuşdurlar.  Qeyd edilən funksiya super sabitləşdirməni təmin edərək, buna misal olaraq  qaçış, gəzinti, velosiped və ya skeytbord sürərkən  kamera titrəyişlərini aradan qaldıraraq istənilən anı ideal olaraq qeydə almağa kömək edir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Galaxy A51 iki versiyada: 4/64 və ya 6/128 QB, Galaxy A71 bir versiyada: 6/128 QB yaddaş göstəriciləri ilə mövcuddur, həmçinin burada microSD vasitəsi ilə də saxlama sahəsinin 512 QB-da qədər artırılması dəstəklənir.

Galaxy A71 və Galaxy A51 smartfonları müvafiq olaraq 4500 mAh və 4000 mAh tutumlu batareyaya sahib olub, gün ərzində cihazdan aktiv istifadəni təmin etməyə qadirdilər. Ayrıca smartfonlar 25 və 15 Vatt güclü sürətli yükləmə cihazı ilə də təchiz olunublar.