Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır


Dünya 25 Yan 2020 09:22:00 144 0

Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır

Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır. Diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə NASA xəbər yayıb.

Asteroid fevralın 15-də Yerə ən yaxın məsafədə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərki məsafədən 15 dəfə uzaqdır.

163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş trayektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.