Bakıda sərnişin avtobusu körpüdən aşdı, yaralılar var


Digərləri 25 Yan 2020 09:30:00 121 0

Bakıda sərnişin avtobusu körpüdən aşdı, yaralılar var

Bakıda ağır yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.