Avtovağzal: Gecə reyslərindən 23 min sərnişin istifadə edib


Digərləri 25 Yan 2020 09:23:07 152 0

Avtovağzal: Gecə reyslərindən 23 min sərnişin istifadə edib

Ötən il avtobuslar üçün istifadəyə verilən gecə reyslərindən ən çox səfər "Qırmızı körpü" istiqamətinə olub.

Bakı. Ceyhun Ələkbərov - Ötən il avtobuslar üçün istifadəyə verilən gecə reyslərindən ən çox səfər "Qırmızı körpü" istiqamətinə olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər 411 reys həyata keçirilib: "Bildiyimiz kimi ötən ilin oktyabr ayının 1-dən gecə reysləri istifadəyə verilib. Gəncə, Qırmız körpü, Mingəçevir və Şəki istiqamətlərində hərəkət edən avtobuslarla ümumi 411 reys həyata keçirilib. Bu reyslərlə 23 min sərnişin daşınıb".