İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır


Dünya 25 Yan 2020 09:17:00 109 0

İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır

İrlandiyanın cənub-qərbində Kerri qraflığının sahillərində Qreys Blasket adası yerləşir. Mülk sahibləri Alisa Heyl və Billi Konor adaya çətin şəraitdə yaşaya bilən gözətçi və işçilər axtarır.

Son.az Trend-ə istinadən xəbər verir ki, nəzarətçilər apreldən oktyabra qədər adada balaca kafeni və 3 koteci idarə etməlidirlər.

Qreys Blasket adasında güclü küləklər olur, elektrik və isti su təminatı yoxdur. Soyuq su üçün isə bulağa getmək lazımdır.

İşin çətinliyinə və sahiblərin təəccübünə baxmayaraq, sorğuya dünyadan artıq 27 000 adam cavab göndərib.