Deputatlığa namizəd Afət Həsənova Suraxanıda seçicilərlə görüşüb (FOTO)


Digərləri 25 Yan 2020 09:14:00 410 0

Deputatlığa namizəd Afət Həsənova Suraxanıda seçicilərlə görüşüb (FOTO)

Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənova Əmircan qəsəbəsi Azad Tədris Mərkəzində seçicilərlə görüşüb.

Bakı. Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənova Əmircan qəsəbəsi Azad Tədris Mərkəzində seçicilərlə görüşüb. Trend-in məlumatına görə, Afət Həsənova əvvəlcə ölkədə həyata keçirilən uğurlu siyasət və əldə olunan nailiyyətlər haqqında məlumat verdi. O, təhsil, səhiyyə və mədəniyyət sahəsində islahatların gələcəyimiz üçün atılmış strateji addım kimi qiymətləndirdi. Görüşdə Afət Həsənova həmçinin özü haqqında danışıb, seçiciləri maraqlandıran sualları cavablandırdı, qaldırılan məsələlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Görüşdə istirak edənlər ölkəmizdə həyata keçirilən uğurlu islahatlarda, Respublikamızın dinamik inkişafında Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini və 9 fevral Milli Məclisə seçkilərdə yekdilliklə 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən həmin partiyanın namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər. Afət Həsənova, həmçinin təbliğat - təşviqat kampaniyası çərçivəsində “Suraxanı OYL Opereyşn Kompani S.A.” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kollektivi ilə görüşüb. Deputatlığa namizəd müstəqillik qazandıqdan sonra ölkəmizdə aparılan geniş miqyaslı islahatların cəmiyyətimizin yüksək sosial – iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdığını, ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atıldığını, dövlət idarəçiliyinin müasir meyarlarauyğunyenidənqurulduğunuvurğuladı. O, neft sektorunun və neftçilərin ölkəmizin həyatındakı önəmli rolundan da danışdı. Özü barədə də məlumat verən deputatlığa namizəd Afət Həsənova hər zaman vətəndaşın yanında olacağını, Yeni Azərbaycan Partiyasının və seçicilərin etimadını doğrultmaq üçün səylə çalışacağını bildirdi. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı, onların təklif və problemlərinin qeydiyyatıaparıldı. Daha sonra çıxış edən “Suraxanı OYL Opereyşn Kopmani” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliynin icraçı direktoru Arzu Sarıbalayev rayonda fəaliyyət göstərdiyi müddətdə Afət Həsənovanın hər zaman vətəndaşlara dəstək olduğunu vurğuladı. Səmimi şəkildə keçən görüşdə neftçilər 9 fevral Milli Məclisə seçkilərdə məsuliyyəti və işgüzarlığı ilə seçilən Afət Həsənovaya bir mənalı olaraq səs verəcəklərini bildirdilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin