Boliviyanın müvəqqəti başçısı prezident seçkilərində namizədiliyni irəli sürəcək


Dünya 25 Yan 2020 09:06:00 98 0

Boliviyanın müvəqqəti başçısı prezident seçkilərində namizədiliyni irəli sürəcək

Boliviya Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes, mayın 3-də keçiriləcək ölkə başçısı seçkilərində öz namizədiliyni irəli sürəcək.

Xatırladaq ki, sabiq prezident Evo Morales Karlos Mesanın başçılıq etdiyi müxalifətin 20 oktyabrda kütləvi seçki pozuntularını elan etdikdən sonra ordunun təzyiqi ilə istefa verib və ölkədən gedib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onun ardınca Boliviyanın bütün yüksək rəhbərliyi istefa verib, hakimiyyət isə Senatın vitse-spikeri Janin Anyesə keçib. Hökümət yeni seçkilər elan edib.

Evo Moralesin qarşıdakı seçkilərdə namizəd kimi iştirak etməsi qadağan olunub. O, Argentinada yerləşib və oradan "Sosializmə doğru Hərəkat"ının prezidentlik kampaniyasına rəhbərlik edir. Boliviya Ali Seçki Məhkəməsi (TSE) ölkədə mayın 3-də prezident seçkiləri təyin edib.