İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb


Dünya 25 Yan 2020 08:43:00 119 0

İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb

Dekabrın 25-ə keçən gecə Qüds yaxınlığında İsrail əsgərləri ilə qarşıdurmada on doqquz fələstinli xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qızıl aypara təşkilatının rəsmisi Erab al-Fukaha bildirib.

Al-Fukaha deyib: "Bu gecə Qüdsün Beyt Xanin məhəlləsində İsrail əsgərləri ilə toqquşmada on doqquz fələstinli yaralanıb".

Qəzza zolağında hər cümə günü fələstinlilərin etiraz aksiyaları baş verir və anklav sərhədlərində İsrail qüvvələri ilə toqquşmalarla müşayiət edilir. 30 mart 2018-ci ildən indiyənədək bu toqquşmalarda 315 fələstinlinin həyatına son qoyulub.