Qüdsdə İsrail hərbçiləri ilə toqquşmalarda 19 fələstinli yaralanıb


Dünya 25 Yan 2020 08:40:00 104 0

Qüdsdə İsrail hərbçiləri ilə toqquşmalarda 19 fələstinli yaralanıb

​Qüdsdə İsrail hərbçiləri ilə toqquşmalarda 19 fələstinli yaralanıb

Qüds yaxınlığında İsrail hərbçiləri ilə toqquşmalarda 19 fələstinli yaralanıb.

“Report”un məlumatına görə, bunu RİA “Novosti”yə Qızıl Ayparanın nümayəndəsi Ərab əl-Fukaha deyib. O, qeyd edib ki, İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma Beyt Hanin rayonunda qeydə alınıb.

Fələstinlilər hər cümə günü Qəzza zolağında etiraz aksiyaları keçirirlər. Etirazlar hər dəfə İsrail qoşunları ilə qarşıdurmalarla müşayiət olunur.

30 Mart 2018-ci ildən bu yana hər cümə günü qeyd olunan yürüşlər zamanı 315 nəfər ölüb. İsrail ordusu iğtişaşların fəal iştirakçılarına qarşı silahdan istifadəni sərhədi qorumağın zəruriliyi ilə izah edir.