Yer kürrəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır


Digərləri 25 Yan 2020 08:05:00 136 0

Yer kürrəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır

Asteroid fevralın 15-də Yerə ən yaxın məsafəyə yaxınlaşacaq

Bakı. 163373 nömrəli diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək. Trend-in məlumatına görə, bu barədə NASA xəbər yayıb. Asteroid fevralın 15-də Yerə ən yaxın məsafəyə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərkindən 15 dəfə uzaq məsafədir. 163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş traektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.