Çində koronavirusdan ölənlərin sayı 40ı keçib


Dünya 25 Yan 2020 07:55:00 107 0

Çində koronavirusdan ölənlərin sayı 40ı keçib

Çinin Xubey əyalətində yeni növ koronavirusdan ölənlərin sayı 24-dən 39-a yüksəlib

Son.az Trend-ə istinadən bildirir ki, daha əvvəl Çində yoluxanların sayı təxminən 900 nəfər idi və 26 ölüm hallarından 24-ü Xubey ərazisində qeydə alınıb.

Ölənlərin ümumi sayı 41-ə çatıb.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.