Peruda sərnişin təyyarəsi təcili olaraq eniş edib


Digərləri 25 Yan 2020 06:07:00 136 0

Peruda sərnişin təyyarəsi təcili olaraq eniş edib

118 sərnişin və ekipaj üzvləri təxliyə edilib

Bakı. Sərnişin təyyarəsi göyərtədə partlayıcı qurğunun olması barədə xəbərdarlıqla əlaqədar Perunun Pisko şəhərindəki hava limanına təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin "Twitter" səhifəsində deyilir. Təyyarənin Respublikanın paytaxtı Limadan Huliyaku şəhərinə daxili uçuş etdiyi bildirilir. Enişdən sonra təyyarədəki 118 sərnişin və ekipaj üzvləri təxliyə edilib. Hadisə yerinə polislər cəlb olunub.