Çində koronavirusdan ölənlərin sayı 40-ı keçib


Dünya 25 Yan 2020 03:19:39 100 0

Çində koronavirusdan ölənlərin sayı 40-ı keçib

Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.

Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Global Times” yerli hakimiyyət orqanlarına istinadən yazıb.

Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 900 nəfərə çatıb. 26 nəfər dünyasını dəyişib. Onlardan 24-ü Xubey vilayətinin sakinidir. Daha iki nəfər digər vilayətin sakinidir.

Nəticədə ölənlərin sayı 41 nəfər çatıb.

Qəzetin yazdığına görə, vilayətdə virusa ümumilikdə 729 nəfər yoluxub.