Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb, 553 nəfər xəsarət alıb - YENİLƏNİB-4 - VİDEO


Dünya 25 Yan 2020 02:50:00 132 0

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb, 553 nəfər xəsarət alıb - YENİLƏNİB-4 - VİDEO

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki,təbii fəlakət nəticəsində 553 nəfər xəsarət alıb.

Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.

01:05***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada 6, Elazığda isə 8 nəfər dünyasını dəyişib.

01:14***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Malatyada ölənlərin sayı beş nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu şəhərin qubernatoru Aydun Barış bəyan edib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 90 nəfər xəsarət alıb.

Bununla da Malatya və Elazığda ölənlərin sayı 8 nəfərə çatıb, xəsarət alanların sayı isə 300-ü ötüb.

Bundan öncə,Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişmişdi.

00:30***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 225 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

***23:14 - 24.01.2020

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki,Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Həmin binada yaşayış olub.Xilasedicilərhadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".

Eyni zamanda zəlzələdən zərər görmüş yaşayış binalarının birində qaz sızıntısı səbəbindən partlayış olub. Partlayışdan sonra binada yanğın baş verib. Partlayış nəticəsində xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

22:50***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək