Fransada iki nəfərdə koronavirus aşkarlanıb


Dünya 25 Yan 2020 02:30:00 129 0

Fransada iki nəfərdə koronavirus aşkarlanıb

​Fransada iki nəfərdə koronavirus aşkarlanıb

Fransanın səhiyyə naziri Anyes Büzen bəyan edib ki, Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısıaşkarlanıb.

“Report” xəbər verir ki, Çinin Vuhan şəhərində olan 48 yaşlı şəxs yanvarın 23-də simptomlara görə Bordoda həkimə müraciət edib.

Fransaya qayıtdıqdan sonra onun 12 nəfərlə kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.

Parisdən olan pasiyent isə Bişa xəstəxanasına yerləşdirilib. Hər iki şəxs çinlidir.