Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər


Digərləri 25 Yan 2020 02:29:00 131 0

Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər

Braziliya Hindi Xalqları Assosiasiyası (BHXA) ölkə prezidenti Jair Bolsonarunu məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb

Bakı. Braziliya Hindi Xalqları Assosiasiyası (BHXA) ölkə prezidenti Jair Bolsonarunu məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Cənubi amerika respublikasının aborigen xalqlarının maraqlarını təmsil edən bu təşkilat, dövlət başçısının son açıqlamalarını irqçi hesab edib. Trend-in məlumatına görə, BHXA-nın liderlərindən biri Sonia Quajajara "Twitter" səhifəsində yazıb: "Braziliya Hindi Xalqları Assosiasiyası irqçi cinayət hesab etdiyi ifadəyə görə Jair Bolsonarunu məhkəməyə verəcək. Biz bu diyarın yerli xalqı olaraq hörmət tələb edirik! Bolsonaru bir daha bizim bəşər övladı mənsubiyyətimizi inkar edərək konstitusiyanı pozub". Rezonans doğuran açıqlama, Braziliya liderinin yanvarın 23-də, Facebook-da ənənəvi həftəlik onlayn yayımlaması zamanı istifadə edilib: "Hindilər dəyişib, onlar təkamülləşirlər ... ... Hindilər getdikcə daha çox insan olmağa başlayır - bizimlə eyni. Buna görə də biz hindilərin cəmiyyətə inteqrasiyasını və öz torpaqlarına həqiqi sahib çıxmalarını təmin edəcəyik".