Boris Conson Böyük Britaniyanın Aİ-dən çıxmasına dair sənədi imzalayıb


Dünya 25 Yan 2020 01:11:00 151 0

Boris Conson Böyük Britaniyanın Aİ-dən çıxmasına dair sənədi imzalayıb

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişi imzalayıb.

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişi imzalayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Sazişin imzalanması, 2016-cı il referendumunun nəticəsinin yerinə yetirilməsi və uzun illər davam edən mübahisələrin və fikir ayrılıqlarının sona çatmasının göstəricisidir. Nəhayət, Avropa İttifaqı ilə dostluq və bərabərliyə əsaslanan güclü, yeni əlaqələr quraraq daha yaxşı sosial xidmətlər, daha böyük imkanlar və möhtəşəm Birləşmiş Krallığımızın hər küncünün potensialını inkişaf etdirməyə yönələn bir hökumətlə ölkəmizi irəliləyə apara bilərik”.

Tədbirdə sənədi Brüsseldən gətirən Aİ və İngiltərə Xarici İşlər Nazirliyinin nümayəndələri, eyni zamanda Böyük Britaniyanın “Brexit”ə dair xüsusi elçisi David Frost da iştirak edib.