Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir


Dünya 24 Yan 2020 23:42:00 117 0

Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsaitlərin Afrika ölkəsindən qanunsuz olaraq çıxarıldığı deyilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Anqolanın baş prokuroru Xelder Pitta Qros deyib.

Baş prokuror İzabel duş Santuşun Anqolanın ən böyük dövlət neft şirkəti "Sonangola"ya rəhbərlik etdiyi müddətdə apardığı əməliyyatlarla bağlı hazırda ölkədə davam edən istintaq ilə əlaqədar Portuqaliya səlahiyyətlilərindən kömək istədiyini təsdiqləyib.

Xelder Pitta 23 yanvarda Lissabona gəlib və hava limanında Portuqaliyanın baş prokuroru da daxil olmaqla bir sıra şəxslərlə görüşmək istədiyini bildirib.