Qırmızı zərfdə pul hədiyyəsi, sıyıq yemək qadağası Çin Yeni ilinin özəllikləri...


Digərləri 24 Yan 2020 23:47:00 173 0

Qırmızı zərfdə pul hədiyyəsi, sıyıq yemək qadağası  Çin Yeni ilinin özəllikləri...

Çin Yeni ili, yaxud Yaz festivalı bu il yanvarın 25-də qeyd ediləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bayramlar bölgələrdən asılı olaraq, 15 gün davam edəcək, rəsmi Yeni il tətili isə 24-30 yanvar taxirlərində olacaq.

Çində ən məşhur hədiyyə qırmızı zərfdə puldur. Məbləğlərin də öz özəllikləri var. Məsələn, 8 rəqəmi var-dövlət rəmzidir, 4 rəqəmi isə ölüm mənasını verir. Çinlilərə armud və xrizantema hədiyyə etmək qəti qadağandır. Bundan başqa, Çin Yeni ilində sıyıq yemək olmaz. Bu, insanı yoxsul edə bilər.

Bayram necə qeyd olunur? Çinlilərə hansı hədiyyələri bəxş etmək olar, hansıları isə yox? Bu kimi sualları "Sputnik radio"ya müsahibəsində "Təəssüratlar dünyası" portalının redaktoru Yelena Şpiz cavablandırıb.

"Çin Yeni ilindən əvvəl hər bir ailə mütləq evində yaxşıca təmizlik işi aparır və qırmızı rəngdə bayram zərfləri və müxtəlif bağlamalar alır. Çinlilərdə hədiyyələri mütləq qırmızı qutu və ya qırmızı bağlamada bəxş etmək qəbul olunub. Həmçinin qırmızı və sarı rənglərin birləşməsi də müsbət qarşılanır, ağ və qara rəngləri isə tamamilə istisna etmək lazımdır, çünki onlar matəm rəngidir. Ailə formatında ən qəbul olunmuş hədiyyə qırmızı zərfdə puldur. Məbləğlərin öz xüsusiyyətləri var. Tərciyə edilir ki, məbləğdə var-dövlət rəmzi - 8 rəqəmi olsun, 6 və 9 rəqəmləri müsbət qarşılanır, ölüm rəmzi - 4 rəqəmi isə tmamilə istisna edilir. Çində numerologiya vacibdir, belə şeyləri nəzərə almaq lazımdır", - Yelena Şpiz danışıb.