Türkiyədə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB


Dünya 24 Yan 2020 23:14:00 103 0

Türkiyədə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki,Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, bəzi bölgələrdə zəlzələ nəticəsində xəsarət alan şəxslər var.

22:50***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.