Pulpara ömrün uzunluğuna təsir edir Varlı kasıbdan nə qədər çox yaşayır?


Digərləri 24 Yan 2020 23:27:00 140 0

Pulpara ömrün uzunluğuna təsir edir  Varlı kasıbdan nə qədər çox yaşayır?

İnsan ömrünün uzunluğuna zənginlik, mal-mülk və maddi imkan kifayət qədər təsir edir.

Eləcə də zənginlik insanın sağlamlıq durumunun göstəricilərini də dəyişir.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu ABŞ və İngiltərə alimləri birgə apardıqları son elmi tədqiqatın nəticəsi olaraq bəyan edib.

Məlum olub ki, ingilis və amerikalılar arasında zəngin vətəndaşlar öz kasıb və az imkanlı həmvətənlərindən 7-9 il daha çox yaşayır.

Alimlər 25 min nəfər, yaşı 50-dən yuxarı insanların tibbi məlumat və ölüm bazasını, eləcə də maddi vəziyyətini analiz ediblər.

Nəticələr göstərib ki, insanın maddi imkanı nə qədər yaxşıdırsa, onun sağlamlıq və müalicə imkanları bir o qədər effektlidir.