Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir


Digərləri 24 Yan 2020 23:28:00 152 0

Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir

Anqolanın hökümətinin fikrincə, Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsait, Afrika ölkəsindən qanunsuz olaraq çıxarılıb

Bakı. Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsaitlərin Afrika ölkəsindən qanunsuz olaraq çıxarıldığı deyilir. Trend-in məlumatına görə, bu barədə Anqolanın baş prokuroru Xelder Pitta Qros deyib. Baş prokuror İzabel duş Santuşun Anqolanın ən böyük dövlət neft şirkəti "Sonangola"ya rəhbərlik etdiyi müddətdə apardığı əməliyyatlarla bağlı hazırda ölkədə davam edən istintaq ilə əlaqədar Portuqaliya səlahiyyətlilərindən kömək istədiyini təsdiqləyib. Xelder Pitta 23 yanvarda Lissabona gəlib və hava limanında Portuqaliyanın baş prokuroru da daxil olmaqla bir sıra şəxslərlə görüşmək istədiyini bildirib.