15 il sonra çayın suyunu boşaltdılar GÖZLƏNİLMƏZ NƏTİCƏ FOTO


Digərləri 24 Yan 2020 22:55:00 119 0

15 il sonra çayın suyunu boşaltdılar  GÖZLƏNİLMƏZ NƏTİCƏ  FOTO

Paris bələdiyyəsi paytaxtdan keçən Sena çayını təmizləmək üçün kanalın suyunu qurudub.

Son.az bildirir ki, ortaya çıxan mənzərə hamını təəccübləndirib. Çayın yatağında müxtəlif əşyalara rast gəlinib. Onların arasında kəsici alətlər, velosiped, müxtəlif bəzək əşyaları, qab-qacaq, mobil cihazlar, dəmir pullar və digər əşyalar olub.

Diqqətçəkən əşyalar yığılaraq sərgiyə qoyulacaq. Yerli dairələrin məlumatına görə, kanalda əşyaların olduğu güman edilsə, bu qədər əşyanın olması onlar üçün də gözlənilməz olub.

Qeyd edək ki, Sena çayında sonuncu dəfə oxşar təmizlik 15 il əvvəl aparılıb. (publika.az)