Təyyarə qasırğa səbəbindən düşmə təhlükəsi ilə üzləşdi VİDEO


Dünya 24 Yan 2020 22:10:00 144 0

Təyyarə qasırğa səbəbindən düşmə təhlükəsi ilə üzləşdi  VİDEO

İspaniyada tüğyan edən "Qloriya" qasırğası hava limanlarının da fəaliyyətini iflic edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, azı 11 nəfərin ölümünə səbəb olan qasırğa təyyarələrin uçuşuna mane olduğundan Alikante aeroportu bağlanıb.  

Qasırğa anında təyyarələrdən biri hətta havaya qalxan zaman çətin anlar yaşayıb. Qasırğanın gücündən təyyarə qəzaya düşmə təhlükəsi ilə üzləşib. Pilot son anda təyyarəni düşməkdən xilas edib.