Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək


Dünya 24 Yan 2020 21:33:00 126 0

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bərələr Norveçin paytaxtı Oslo şəhərində nəqliyyatın mühüm növü kimi çox populyardır. Lakin ətraf mühit üçün zərərli olan daxiliyanma mühərriklərindən istifadə olunmasından imtina edilməsi planlaşdırılır. Bununla əlaqədar, Krallıqda şəhər bərələrindən tədricən elektrik mühərriklərinə keçmək barədə qərar qəbul edilib.

Osloda elektrik mühərriki ilə işləyən ilk sərnişin bərələrinin 2021-ci ildən istifadəyə verilməlidir. Şəhər nəqliyyatının idarə edilməsi ilə məşğul olan "Ruter AS" şirkəti və daşımalar üzrə operator "Boreal Norge AS" şirkəti arasında sazişdə bu tipli bərələrə keçid nəzərdə tutulub.

Yeni bərələr Oslo meriyasındakı limandan "Oslo-fyord" adalarına qədər izdihamlı marşrutlarda istifadə ediləcək. Bu marşrutlar xüsusən yay aylarında həm yerli sakinlər, həm də turistlər arasında çox populyardır.