Borcunu ödəməyən 117 nəfərə işgəncə verdilər


Dünya 24 Yan 2020 20:54:00 120 0

Borcunu ödəməyən 117 nəfərə işgəncə verdilər

Türkiyənin Ankara şəhərində sələmçi dəstə üzvləri onlardan aldığı borcu qaytarmayanlara işgəncə verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sələmə pul verən, aralarında məhkəmə katibi də olan 22 nəfər borcunu vaxtında qaytarmayanları işgəncəyə məruz qoyub.

Dəstə üzvləri görüntüləri digər borclulara da göstərərək onları qorxudublar.

İşgəncəyə məruz qalan 177 nəfərin şikayəti əsasında faktla bağlı araşdırma başlayıb.

Altı ay davam edən əməliyyat-axtarış tədbirlərindən sonra 30 fərqli ünvandan 22 dəstə üzvü və başçı K.F. tutulub.

Əməliyyatçılar hadisə yerindən iki tapança, çox sayda bıçaq, mərmi, mobil telefonlar, kompüterlər, sənədlər, çek və kredit kartları götürüb.