Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb


Dünya 24 Yan 2020 20:44:00 121 0

Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb

İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.

Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.

Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb.