Suriya məsələsi Türkiyə, Fransa, Rusiya və Almaniya arasında müzakirə oluna bilər


Dünya 24 Yan 2020 20:33:48 134 0

Suriya məsələsi Türkiyə, Fransa, Rusiya və Almaniya arasında müzakirə oluna bilər

Almaniya kansleri Angela Merkel Suriya münaqişəsinin həll olunması məsələsinə dair cari ilin birinci rübündə Ankarada Türkiyə, Fransa və Rusiya prezidentləri ilə danışıqlar keçirməyi mümkün sayır.

Almaniya kansleri Angela Merkel Suriya münaqişəsinin həll olunması məsələsinə dair cari ilin birinci rübündə Ankarada Türkiyə, Fransa vəRusiya prezidentləri ilə birgədanışıqlar keçirməyi mümkün sayır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kansler AnkaradaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.

İki lider arasındakı danışıqlar zamanı Suriya və Liviya problemləri ətrafında, həmçinin ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb.