Türkiyədən Azərbaycana sitrus meyvə ixracı azalıb


Digərləri 24 Yan 2020 20:11:00 125 0

Türkiyədən Azərbaycana sitrus meyvə ixracı azalıb

2019-cu ildə Türkiyənin Azərbaycana sitrus meyvə ixracı 2018-ci illə müqayisədə 43 faiz azalıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Statistikaya əsasən, 2019-cu ildə Türkiyə Azərbaycana 20 055 ton sitrus meyvə ixrac edib.

Ötən il Türkiyədən Azərbaycana sitrus meyvə ixracından gəlirlər də 2018-ci illə müqayisədə 37 faiz azalıb.

Türkiyənin Azərbaycana sitrus meyvə ixracından gəliri 7,722 milyon dollar olub ki, bu da Türkiyənin 2019-cu il ərzində sitrus meyvə ixracından ümumi gəlirinin 1 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin meyvə və tərəvəz ixracı əvvəlki illə müqayisədə 11 faiz azalıb və 4,021 milyon ton təşkil edib. Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz ixracından gəliri 3 faiz azalaraq 2,247 milyard dollara bərabər olub.