Türkiyədən Azərbaycana sitrus meyvə ixracı azalıb


Digərləri 24 Yan 2020 19:50:28 119 0

Türkiyədən Azərbaycana sitrus meyvə ixracı azalıb

2019-cu ildə Türkiyənin Azərbaycana sitrus meyvə ixracı 2018-ci illə müqayisədə 43 faiz azalıb.

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ildə Türkiyənin Azərbaycana sitrus meyvə ixracı 2018-ci illə müqayisədə 43 faiz azalıb. Bu barədə Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər. Statistikaya əsasən, 2019-cu ildə Türkiyə Azərbaycana 20 055 ton sitrus meyvə ixrac edib. Ötən il Türkiyədən Azərbaycana sitrus meyvə ixracından gəlirlər də 2018-ci illə müqayisədə 37 faiz azalıb. Türkiyənin Azərbaycana sitrus meyvə ixracından gəliri 7,722 milyon dollar olub ki, bu da Türkiyənin 2019-cu il ərzində sitrus meyvə ixracından ümumi gəlirinin 1 faizini təşkil edib. Qeyd edək ki, 2019-cu ildə Türkiyənin meyvə və tərəvəz ixracı əvvəlki illə müqayisədə 11 faiz azalıb və 4,021 milyon ton təşkil edib. Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz ixracından gəliri 3 faiz azalaraq 2,247 milyard dollara bərabər olub.