Metroda nasazlıq baş verib, sıxlıq yaranıb


Digərləri 24 Yan 2020 19:09:51 152 0

Metroda nasazlıq baş verib, sıxlıq yaranıb

Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb.

Bakı. Elçin Mehdiyev - Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb. Trend-in məlumatına görə, vaqonların birinin qapısı açılmayıb. Metropoliten əməkdaşları problemi aradan qaldırmağa çalışıb, lakin qapını işlək vəziyyətə gətirmək mümkün olmayıb. Sərnişinlərdən qatarları tərk etmələri xahiş olunsa da sərnişinlərin bir hissəsi müraciətə əməl etməyiblər. Qatar hərəkətinə davam edib.