Azərbaycanda ilk aqrar sığorta məhsulu bu ilin sonuna qədər təqdim ediləcək


İqtisadiyyat 24 Yan 2020 18:51:54 148 0

Azərbaycanda ilk aqrar sığorta məhsulu bu ilin sonuna qədər təqdim ediləcək

Azərbaycanda aqrar sığorta ilə bağlı əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək

Azərbaycanda aqrar sığorta ilə bağlı əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək.

“Report” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə məlumat verib.

O, həmçinin ilk aqrar sığorta məhsulunun bu ilin sonuna qədər geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.