İcbari tibbi sığorta 3 ay ərzində tətbiq olunacaq?


Digərləri 24 Yan 2020 18:59:00 135 0

İcbari tibbi sığorta 3 ay ərzində tətbiq olunacaq?

Sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir.

Son.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur.

Agentlik bildirir ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılmışdır. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünüb: