Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)


Digərləri 24 Yan 2020 18:56:14 186 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

Nazir özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara da baş çəkib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli liderimiz Heydər Əliyevin Salyan rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Vətəndaşlarla görüşdə nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq, sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Sahil Babayev, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib, sosial inkişaf sahəsində əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb. Qəbul zamanı vətəndaşların sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tədbirlər görülüb. Ayrı-ayrı vətəndaşların aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, sosial xidmətlərlə təmin edilmələri və s. tapşırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı ətraflı izahatlar verilib. Salyan rayonunda olarkən Sahil Babayev Sevindik Hətəmovla birgə bu rayonda özünüməşğulluq proqramının iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçiriblər.