Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib


Sosial 24 Yan 2020 18:36:47 62 0

Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.

Baş Nazir Əli Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.

İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd edib ki, dövlət başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış edib. Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirib ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğulayıb və təkliflərlə çıxış edib.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə də tədbirlərin görüləcəyini deyib. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğulayıb.

Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd edib ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır. Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il "Aqrar sığorta haqqında" Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək. İ.Kərimov ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığorta” adlı təqdimatı təqdim olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O həmçinin qeyd edib ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, vətəndaşı sığorta olunmaqda daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə vurğulayıb ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.

Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.

"ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyev və FHN-in müavini Rəfael Mirzəyev və başqaları çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib. Qeyd edib ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.

Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirib.

Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO) like
  • 24 Yan 18:34  
Digərləri Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO)

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin tə

arrow Ətraflı
Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir like
  • 24 Yan 18:34  
Digərləri Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında

arrow Ətraflı
Şagirdləri vuran sürücü tutuldu like
  • 24 Yan 18:29  
Digərləri Şagirdləri vuran sürücü tutuldu

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata k

arrow Ətraflı
Bəy ölümcül virusa yoluxdu, like
  • 24 Yan 18:24  
Dünya Bəy ölümcül virusa yoluxdu,

Çinin mərkəzi hissəsində yerləşən Uxan şəhərində konoravirusun yayı

arrow Ətraflı
Xızıda qumbara və partladıcılar tapılıb (FOTO) like
  • 24 Yan 18:23  
Digərləri Xızıda qumbara və partladıcılar tapılıb (FOTO)

Aşkar olunmuş obyektlərin ətrafında 600 kv.m əraziyə yerüstü, 20 kv.m

arrow Ətraflı
Xırdalanda məktəbliləri vuran sürücü tutulub like
  • 24 Yan 18:17  
Digərləri Xırdalanda məktəbliləri vuran sürücü tutulub

Sürücü tutularaq istintaqa cəlb edilmişdir.

arrow Ətraflı
Oğurluq etdi like
  • 24 Yan 18:14  
Dünya Oğurluq etdi

ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.

arrow Ətraflı
Eyfel qülləsi bağlandı like
  • 24 Yan 18:09  
Dünya Eyfel qülləsi bağlandı

Parisdə Eyfel qülləsi bağlanıb.

arrow Ətraflı
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO) like
  • 24 Yan 18:06  
Digərləri Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə

arrow Ətraflı
“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb like
  • 24 Yan 18:04  
İqtisadiyyat “Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Zıraat Bank Azərbaycan” ASC 2019-cu ili 3,143 milyon manat xalis mənfə

arrow Ətraflı
Dünyanı vahiməyə salan koronavirusa yoluxmaq istəmirsinizsə, like
  • 24 Yan 18:04  
Digərləri Dünyanı vahiməyə salan koronavirusa yoluxmaq istəmirsinizsə,

Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şid

arrow Ətraflı
Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk like
  • 24 Yan 18:00  
Digərləri Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı təkcə humanitar əm

arrow Ətraflı
Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək like
  • 24 Yan 17:59  
Dünya Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək

Polis polkovniki Armen Qasparyan Yerevan Polis İdarəsinin rəisi təyin edilib

arrow Ətraflı