Son on ildə Azərbaycan dövləti təbii hadisələrdən zərər çəkənlərə 1 milyard manata yaxın pul xərcləyib


İqtisadiyyat 24 Yan 2020 18:45:22 146 0

Son on ildə Azərbaycan dövləti təbii hadisələrdən zərər çəkənlərə 1 milyard manata yaxın pul xərcləyib

Azərbaycanda dövlət xətti ilə təbii hadisələrdən zərərçəkmiş insanlara 1 milyard manata yaxın pul xərclənib

Son 10 ildə Azərbaycanda dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu rəqəmi maliyyə naziri Samir Şərifov açıqlayıb.

O, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə danışıb.