Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşdırılır


İqtisadiyyat 24 Yan 2020 18:48:58 133 0

Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşdırılır

​Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşdırılır

Azərbaycanda əhalinin sığortaya marağını artırmaq üçünb xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb.

“Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə məlumat verib.

O, maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə tədbirlərin görüləcəyini deyib. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğulayıb.