Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib


Digərləri 24 Yan 2020 18:44:00 54 0

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 

Son.az xəbər verir ki, ilk olaraq MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub. İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib. 

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər. 

İclasda MŞ-nin "qara siyahı"sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, "qara siyahı"nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. "Qara siyahı"nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi. 

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də "qara siyahı"dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib like
  • 24 Yan 18:36  
Sosial Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə ke

arrow Ətraflı
Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO) like
  • 24 Yan 18:34  
Digərləri Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO)

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin tə

arrow Ətraflı
Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir like
  • 24 Yan 18:34  
Digərləri Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında

arrow Ətraflı
Şagirdləri vuran sürücü tutuldu like
  • 24 Yan 18:29  
Digərləri Şagirdləri vuran sürücü tutuldu

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata k

arrow Ətraflı
Bəy ölümcül virusa yoluxdu, like
  • 24 Yan 18:24  
Dünya Bəy ölümcül virusa yoluxdu,

Çinin mərkəzi hissəsində yerləşən Uxan şəhərində konoravirusun yayı

arrow Ətraflı
Xızıda qumbara və partladıcılar tapılıb (FOTO) like
  • 24 Yan 18:23  
Digərləri Xızıda qumbara və partladıcılar tapılıb (FOTO)

Aşkar olunmuş obyektlərin ətrafında 600 kv.m əraziyə yerüstü, 20 kv.m

arrow Ətraflı
Xırdalanda məktəbliləri vuran sürücü tutulub like
  • 24 Yan 18:17  
Digərləri Xırdalanda məktəbliləri vuran sürücü tutulub

Sürücü tutularaq istintaqa cəlb edilmişdir.

arrow Ətraflı
Oğurluq etdi like
  • 24 Yan 18:14  
Dünya Oğurluq etdi

ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.

arrow Ətraflı
Eyfel qülləsi bağlandı like
  • 24 Yan 18:09  
Dünya Eyfel qülləsi bağlandı

Parisdə Eyfel qülləsi bağlanıb.

arrow Ətraflı
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO) like
  • 24 Yan 18:06  
Digərləri Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə

arrow Ətraflı
“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb like
  • 24 Yan 18:04  
İqtisadiyyat “Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Zıraat Bank Azərbaycan” ASC 2019-cu ili 3,143 milyon manat xalis mənfə

arrow Ətraflı
Dünyanı vahiməyə salan koronavirusa yoluxmaq istəmirsinizsə, like
  • 24 Yan 18:04  
Digərləri Dünyanı vahiməyə salan koronavirusa yoluxmaq istəmirsinizsə,

Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şid

arrow Ətraflı