Çindəki mövcud vəziyyətlə bağlı Azərbaycan XİNdən


Siyasət 24 Yan 2020 18:49:00 59 0

Çindəki mövcud vəziyyətlə bağlı Azərbaycan XİNdən

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilmişdir.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat etmişdir. Çinin Uxan şəhərində karantin elan edilmişdir:

http://www.nhc.gov.cn/xcs/yqfkdt/202001/c5da49c4c5bf4bcfb320ec2036480627.shtml

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq; canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək; kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq). yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək; sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

https://www.who.int/ith/2020-0901_outbreak_of_Pneumonia_caused_by_a_new_coronavirus_in_C/en

/

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşdırılır like
  • 24 Yan 18:48  
İqtisadiyyat Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşdırılır

​Azərbaycanın sığorta bazarında innovativ sistemlərin tətbiqi planlaşd

arrow Ətraflı
Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib like
  • 24 Yan 18:45  
Digərləri Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə ke

arrow Ətraflı
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib like
  • 24 Yan 18:44  
Digərləri Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

arrow Ətraflı
Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib like
  • 24 Yan 18:36  
Sosial Nazirlər Kabinetində icbari sığorta ilə bağlı müşavirə keçirilib

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə ke

arrow Ətraflı
Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO) like
  • 24 Yan 18:34  
Digərləri Rauf Əliyevin Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib (FOTO)

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin tə

arrow Ətraflı
Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir like
  • 24 Yan 18:34  
Digərləri Maliyyə Nazirliyi: QHTlər illik maliyyə hesabatlarını təqdim etməlidir

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında

arrow Ətraflı
Şagirdləri vuran sürücü tutuldu like
  • 24 Yan 18:29  
Digərləri Şagirdləri vuran sürücü tutuldu

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata k

arrow Ətraflı
Bəy ölümcül virusa yoluxdu, like
  • 24 Yan 18:24  
Dünya Bəy ölümcül virusa yoluxdu,

Çinin mərkəzi hissəsində yerləşən Uxan şəhərində konoravirusun yayı

arrow Ətraflı
Xızıda qumbara və partladıcılar tapılıb (FOTO) like
  • 24 Yan 18:23  
Digərləri Xızıda qumbara və partladıcılar tapılıb (FOTO)

Aşkar olunmuş obyektlərin ətrafında 600 kv.m əraziyə yerüstü, 20 kv.m

arrow Ətraflı
Xırdalanda məktəbliləri vuran sürücü tutulub like
  • 24 Yan 18:17  
Digərləri Xırdalanda məktəbliləri vuran sürücü tutulub

Sürücü tutularaq istintaqa cəlb edilmişdir.

arrow Ətraflı
Oğurluq etdi like
  • 24 Yan 18:14  
Dünya Oğurluq etdi

ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.

arrow Ətraflı
Eyfel qülləsi bağlandı like
  • 24 Yan 18:09  
Dünya Eyfel qülləsi bağlandı

Parisdə Eyfel qülləsi bağlanıb.

arrow Ətraflı