Xızıda qumbara və partladıcılar tapılıb (FOTO)


Digərləri 24 Yan 2020 18:23:00 133 0

Xızıda qumbara və partladıcılar tapılıb (FOTO)

Aşkar olunmuş obyektlərin ətrafında 600 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Xızıdan 3 ədəd əl qumbarası (1 ədəd F-1 və 2 ədəd RQD-5), 1 ədəd UZRQM partladıcısı, 145 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd mobil telefon və 4 ədəd avtomobil dövlət nömrə nişanı aşkar olunub. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 2020-ci il 24 Yanvar tarixində saat 11:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.