Oğurluq etdi


Dünya 24 Yan 2020 18:14:00 98 0

Oğurluq etdi

ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iki nəfər evlərdən birində oğurluq edəndən sonra, canilərdən biri buzda sürüşərək ayağını sındırıb.

Hadisəni görən şahid polisə bu barədə xəbər verib. Oğrular yük maşınına minərək hadisə yerindən uzaqlaşıblar.

Bununla belə, xəstəxanadan polisə ayağı sınan şəxsin müraciəti ilə bağlı məlumat daxil olub. Xəstəxanaya gələn polis hər iki nəfəri saxlayıb.